700 miqrantı daşıyan qayıq batıb

Batan qayıq.

Batan qayıq.

-

Yunanıstan sahillərinə yaxın adada azı 700 miqrantı daşıyan 25-30 metrlik qayıq batıb. 340 adam xilas edilib, 3 nəfərinsə meyiti tapılıb.

Axtarışlar davam edir.

Xilas edilənlərdən 242 nəfəri Türkiyəyə göndərilib.

Hələlik qayığın haradan yola düşdüyü və hara getdiyi məlum deyil.

Mart ayında Avropa Birliyi ilə Türkiyə arasında əldə olunan miqrant razılaşmasından əvvəl İzmirin Dikili qəsəbəsindən və Çanaqqaladan yola çıxan miqrantlar yunan adalarına getməyə çalışırdı.

BMT-nin məlumatına görə, 2016-cı il başlayandan Aralıq dənizini keçmək istəyərkən 2500-dən artıq miqrant ölüb.