Rusiya və İngiltərəyə xəbərdarlıq olunub

Marseldə oyundan sonra

-

UEFA Rusiya və İngiltərəyə xəbərdarlıq edib ki, avroçempionat çərçivəsində azarkeşlər yenə zorakılığa yol verərsə, komandalar Avro 2016-dan çıxarıla bilər.

İyunun 12-də UEFA Rusiyaya qarşı intizam araşdırmasına başladığını bildirib. Səbəb Fransanın Marsel şəhərində rusiyalı və ingiltərəli azarkeşlər arasında baş verən zorakılıq hallarıdır.

İyunun 11-də iki komandanın görüşü 1:1 hesabıyla başa çatandan sonra rusiyalı azarkeşlər stadiondakı ingiltərəli tərəfdaşlara doğru yürüyüb, rəqib azarkeşləri ayıran təhlükəsizlik baryerini aşıblar.

UEFA bildirir ki, Rusiya iğtişaş yaratma, irqçi davranışda ittiham olunur.

Rusiyanın İdman naziri Vitaly Mutko UEFA-nın qərarıyla razılaşdığını bildirsə də, təşkilatçıların günahlandırılmalı olduğunu bildirib.