Qazaxıstan idmançılarında dopinq tapıldı

Ilya Ilyin

-

Qazaxıstandan ağırlıqqaldırma üzrə dörd olimpiya çempionunda dopinq tapılıb. Onların 2012-ci il London Olimpiadasındakı analiz nümunələri yenidən yoxlanıb. Tanınmış idmançı Ilya Ilyin dopinq tapılmış 10 ağırlıqqaldıran arasındadır. Digər qazaxıstanlı idmançılar Zulfiya Chinshanlo (53kg), Maiya Maneza (63kg) və Svetlana Podobedovadır (75kg).

Məlumatı Beynəlxalq Ağırlıqqaldırma Federasiyası iyunun 15-də açıqlayıb.

Həmin 10 ağırlıqqaldırandan avqustda Rio de Janeyro olimpiadasında medal gözlənirdi.

Londonda qızıl medal qazanmış dörd qazaxıstanlı qızıl medalçının titulları alınandan sonra Qazaxıstan medal sayına görə 12-ci yerdən 23-cü yerə düşür.

28 yaşlı Ilyin ikiqat olimpiya çempionudur, dörd il ilin kişi ağırlıqqaldıranı elan olunub. Sosial mediada 400 min izləyicisi var. O, Qazaxıstanın milli qəhrəmanı və Prezident Nursultan Nazarbayev-in dostudur.