Atletlərə görə qərar veriləcək

Rusiya antidopinq laboratoriyası

-

İyunun 17-də rusiyalı atletlərin avqustda Rio Olimpiadasında iştirakından ötrü qadağaların götürülüb-götürülməyəcəyi bəlli olacaq. Hazırda atletlər dopinq qalmaqalına görə beynəlxalq yarışmalardan uzaqlaşdırılıb.

Vyanada Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası Rusiyaya qadağanı səsverməyə çıxaracaq. Bu qərar həlledici sayılsa da, Beynəlxalq Olimpiya Komitəsi günahsız atletlərin cəzalandırılmasını önləmək məqsədilə federasiyanın qərarını rədd edə biləcəyini bildirib.

Ümumdünya Antidopinq Agentliyi rusiyalı atletlərin kütləvi dopinq qəbul etdiyini üzə çıxarandan sonra idmançılar beynəlxalq yarışmalardan kənarlaşdırılıb.