İran kürdləri ilə toqquşma olub

İranlı kürd peşmərgələri

-

İraqla sərhəddə kürd üsyançılarla elit İnqilab Qvardiyası ilə döyüşlərdə azı 15 nəfər həlak olub. İran mediasının məlumatına görə, onlardan 12-si kürd, üçü qvardiyaçıdır.

Fars və Tasnim agentliklərinin yazdığına görə, üsyançılar İranın şimal-qərbində “təxribat” törətmək məqsədilə sərhədi keçiblər. Buradakı Oşnavieh bölgəsi İraqın şimalındakı kürd regionunun 20 kilometrliyində yerləşir.

Polis rəsmisi “terrorçu qrupdan böyük həcmdə silah və sursat müsadirə etdiyini” bildirir.

Bir neçə gün öncə İranın başqa bir yerində toqquşmalarda beş kürd üsyançı və beş sünni islamçı yaraqlı öldürülmüşdü.