Turan “Formula -1” təşkilatçılarını qınayır

Sizin brauzer HTML5-i dəstəkləmir

Formula 1 xərcləri - son hesablama

-

“Formula -1”in yerli təşkilatçıları Turan agentliyinin fotomüxbiri Əziz Kərimovu akkreditə etməyib.

Turan agentliyi bildirir ki, təşkilat komitəsinin nümayəndələri uzun müddət akkreditənin onlar tərəfindən aparılmadığını bildiriblər. Ancaq yarışların başlaması ərəfəsində təşkilatçılar Ə.Kərimovun akkreditəsindən imtına ediblər.

Komitədən agentliyə bildiriblər ki, fotomüxbirlərdən heç kim akkreditə olunmayıb və bunun səbəbləri məlum deyil.

Ancaq agentlik təşkilat komitəsinin cavabının doğru olmadığını bildirir. Yerli publika.az, moderator.az, azvision.az, oxu.az, AZƏRTAC, Trend və başqa agentliklərin müxbir, fotomüxbirlərinin akreditə olunduğu bildirilir.

Agentlik hesab edir ki, təşkilatçılar onun müxbirini yarışlara buraxmaq istəməyib.

“Buna səbəb isə görünür, son vaxtlar “Turan”ın yarışların keçirilməsinin iqtisadi baxımdan məqsədəuyğun olmaması barədə tənqidi materiallar dərc etməsidir. Yəqin ki, gənclər və idman naziri Azad Rəhimov və onun kampaniyası agentliyi bu yolla “cəzalandırmaq” qərarına gəlib”, deyə agentliyin məlumatında bildirilir.

Yarışın təşkilatçıları Turan İnformasiya Agentliyinin bəyanatına, hələlik, münasibət bildirməyib.