Rusiya müdafiə naziri Suriyadadır

Rusiya müdafiə naziri Sergei Shoigu

Rusiya müdafiə naziri Sergei Shoigu

Suriyaya səfər edən Rusiyanın müdafiə naziri Sergei Shoigu prezident Bashar al-Assad-la görüşüb.

Suriyanın dövlət televiziyası bildirib ki, onlar terrorizmlə mübarizə yolları barədə müzakirə aparıblar.

Bu ərəfədə Pentaqon Moskvanı ABŞ-ın Suriyada dəstəklədiyi qüvvələri bombalamaqda ittiham edib.

Pentaqonun sözçüsü Peter Cook iyunun 18-də deyib ki, ABŞ hərbi rəsmiləri rusiyalı həmkarları ilə video konfrans keçiriblər və koalisiyanın dəstəklədiyi qüvvələrə qarşı rusiyalı hərbçilərin əməliyyat keçirməsindən narahatlıqlarını bildiriblər.

İyunun 16-da rusiyalı təyyarəçilər Suriya müxalifətinin mövqelərini bombalayıblar, amerikalı təyyarəçilərin xəbərdarlığına baxmayaraq, rusiyalı təyyarəçilər əraziyə daha bir zərbə endiriblər.

Rusiyanın Müdafiə Nazirliyi isə müxalifət qüvvələrinə qarşı hər hansı əməliyyat keçirmədiklərini deyirlər.