-
«Bakı Tikiş Evi»nin (BTE) tikdiyi məktəbli formasının 8.5 faiz bahalaşdığı bildirilir.
Movqe.az bu xəbəri BTE-nin satış şöbəsinin rəisi Etibar Əzimova istinadən yayıb.
Saytın xəbərinə görə, E.Əzimov bildirib ki, əvvəl aşağı siniflərə məktəbli forması dəstinin qiyməti 26-44 ölçüyədək 34 manat idi:
«İndi aşağı siniflərə məktəbli forması üçün yeni qiymət müəyyənləşib. 26-44 ölçüyədək məktəbli forması dəstinin qiyməti 34 manatdan 37 manatadək bahalaşıb. Yuxarı sinif şagirdləri üçün isə əvvəl 32-54 ölçüyədək qiymət 43 manat idi. İndi bu ölçülərdə qiymət 46 manatadək artıb. Bu qiymətə məktəbli forması dəstinə pencək şalvar və ya pencək ətək daxildir. Köynəklərin qiyməti isə ölçüdən asılı olmayaraq 7 manat, jiletlər 6 manata satılacaq».