Bir gündə 4 intihar?

-

Göygöl rayonunda intihar hadisəsinin baş verdiyi bildirilir.

APA-nın xəbərinə görə, rayon sakini, 30 yaşlı Murad Yusibovun yaşadığı evin heyətindəki tövlədən asılmış meyiti aşkarlanıb.

Faktı Göygöl prokurorluğu araşdırır.Hadisənin səbəbi açıqlanmır. Gəncin özünü asdığı güman edilir.

Bu gün bundan öncə daha 3 intihar xəbəri yayılmışdı.

Günün birinci yarısında Suraxanı və Sabunçu rayonlarında 44 yaşlı Məzahir Nurməmmədovla 23 yaşlı Fatimə Nəcəfovanın yaşadıqları mənzildə özlərini asdıqları bildirilirdi.

Ondən əvvəl isə Füzuli rayonu Kürdmahmudlu kəndində 26 yaşlı Zivər Əliyevanın intihar etdiyi söylənirdi.

Son illər Azərbaycanda intihar hallarının artdığı deyilir.

Ekspertlər intiharların səbəblərinin dəqiq və obyektiv araşdırılmasından ötrü ayrıca mərkəzin yaradılmasını təklif edirlər.