Rusiya BMT-nin diplomatlarını tənqid edib

Foto arxiv

Suriyanın Hələb şəhəri bir neçə həftədir ki, Rusiya və Suriya təyyarələri tərəfindən intensiv atəşə tutulur.

Hərbçilər yaraqlıların əlində olan ərazilər arasında əlaqəni kəsməyə çalşırlar.

Amma BMT-nin məlumatına görə, bundan ilk növbədə dinc sakinlər əziyyət çəkir.

Minlərlə suriya sakini mühasirədə qalıb və təcili hümanitar yardıma ehtiyacları var:

“Vuruşan tərəflər beynəlxalq normalar və insan haqlarını kobud və amansız şəkildə pozurlar”.

BMT-nin hümanitar yardımlar üzrə coordinatoru Stiven Obrayen deyir.

Onun sözlərinə görə hər iki suriyalıdan biri evini tərk etməli olur. Ölkə əhalisinin 80 faizi yoxsulluq həddindədir, 13 milyon sakinin isə təcili hümanitar yardıma ehtiyacı var.

Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Safronkov isə Əsəd hökumətinin tərəfini saxlayıb və BMT-nin diplomatlarını tənqid edib:

“Bu günkü müzakirələr bir qədər qəribə aparılır. Elə bir tərzdə aparılır ki, kuya Suriyadaterror təhlükəsi yoxdur və Suriya ordusunun döyüş meydanlarında kimə qarşı durduğu bilinmir. Amma siz ki, BMT-dənsiz. Niyə bir başa deyilmir ki, Suriya ordusu, əsgərlər, zavitlər və generallar terrorçu təşkilatlar olan “İslam Dövləti” qrupu, “Əl Nüsrə” cəbhəsi və “Əl Qaidə”yə qarşı dururlar.

Safronkov həmçinin qeyd edib ki, Rusiya ilə ABŞ həqiqətən də Suriyada siyasi həllə, əsil atəşkəs vəsəylərin terrorçuluqla mübarizəyə yönəlməsinə kömək etməlidirlər.