SOCAR: Yeni layihələri dayandırmışıq

Rövnəq Abdullayev

-

"Həyata keçirdiyimiz layihələrdə heç bir problem müşahidə olunmur".

APA-nın xəbərinə görə, bunu SOCAR prezidenti Rövnəq Abdullayev deyib.

"Cənub Qaz Dəhlizi, Karbamid zavodu, Türkiyədəki layihələrimizin icrasında problem yoxdur. Başqa sözlə, başladığımız layihələri uğurla başa çatdıracağıq. Lakin yeni layihələrin həyata keçirilməsini dayandırmışıq. Çox sayda layihələrimiz, ideyalarımız var, lakin biz onların həyata keçirmirik. Neftin qiyməti normallaşandan sonra onları həyata keçirəcəyik", - deyə R. Abdullayev bildirib.

Azərbaycan rəsmiləri son vaxtlar bildiriblər ki, SOCAR-ın 6,3 milyard dollar borcu var.Ancaq şirkət yeni kreditlər alır və özünün reklamını həyata keçirir.Futbol matçlarının keçirildiyi stadionları SOCAR neft şirkətinin emblemi və «Azərbaycanın Enerjisi» (Energy of Azerbaijan) şüarı ilə bəzəyir. SOCAR UEFA-ya reklama görə, 4 ilə 80 milyon avro verməlidir. Bu da Azərbaycan müxalifətinin ciddi tənqidi ilə qarşılanıb.Müxalifət deyir ki, SOCAR həmin pulu xalqdan çıxaracaq.