Stüarda forma bağışlayacaqlar

Çexiya-Xorvatiya oyununda insident

-

Xorvatiya Futbol İttifaqı (HNS) yığmanın formasını fransız stüard Abdel Issaoui-yə bağışlayacaq.

Qurumun saytında yer alan xəbərdə belə deyilir.

Issaoui AÇ-2016-nın Xorvatiya-Çexiya oyununda petard partlayarkən yanıq xəsarətləri alıb. Həmin oyunda qarışıqlıq üzündən oyun dayanıb və yalnız 5 dəqiqə sonra futbolçular mübarizəyə başlayıb. UEFA məlum insidentlə bağlı HNS haqda intizam işi açıb.