Putin çıxış edəcək

Vladimir Putin

-

Rusiya Prezidenti Vladimir Putin iyunun 27-də hakim Vahid Rusiya Partiyasının qurultayında çıxış edəcək. Sentyabrda ölkədə parlament seçkiləridir.

Moskvadakı toplantıya baş nazir Dmitry Medvedev də qatılacaq.

Kremlin məlumatına görə, məqsəd partiyanın növbəti beş il üçün seçki proqramını təsdiqləmək, partiyanın seçkiyə namizədlərinin siyahısını parlamentin aşağı palatası olan Dövlət Dumasına təqdim etməkdir.

İyunun 17-də Putin seçkinin sentyabrın 18-nə təyin olunmasıyla bağlı sərəncam imzalayıb.