-
Türkiyə Prezidenti Recep Tayyip Erdogan deyir ki, Rusiyayla münasibətlərin “tezliklə” normallaşdırılması tərəfdarıdır. Daha öncə Erdogan ötən noyabrda Türkiyənin vurduğu Rusiya təyyarəsində həlak olmuş pilotun ailəsinə başsağlığı verib.
“Ümid edirəm, hər iki ölkəyə ziyan vuran indiki durumu geridə buraxıb tezliklə normallaşmaya doğru irəliləyə bilərik”, Erdogan iyunun 27-də deyib.
Baş nazir Binali Yildirim “Twitter”də yazıb ki, Erdogan-la Rusiya prezidenti Vladimir Putin iyunun 29-30-da telefonla danışacaqlar.
Noyabrdakı insidentdən sonra ikitərəfli münasibətlər pisləşib. Ankarayla Moskva bir-birinə ticari və digər məhdudiyyətlər qoyub.
Türkiyənin xarici işlər naziri Mevlut Cavusoglu iyulun 1-də Soçidə Qara Dəniz ölkələrinin görüşünə qatılacaq. Bu açıqlamanı isə Erdogan-ın sözçüsü verib.