Qlobal bazarlarda düşüş davam edir

Arxiv fotosu

-

Britaniyanın Avropa Birliyindən çıxmağa səs verməsi iyunun 27-də qlobal bazarlarda çaxnaşmanı davam etdirib. Britaniya funt sterlinqi son 31 ildə ən aşağı həddə düşüb.

Ölkə liderləri iqtisadiyyatın güclü olması barədə vədlər verməkdədir. Ancaq bununla belə, səhmlər 2008-ci ildən bəri ən pis səviyyəyə enib.

Artıq London da Avropanın maliyyə mərkəzi statusunu itirmək riskiylə üzləşib. Birləşmiş Ştatlarda və Avropada indekslər dəyərinin 2-3 faizini itirib.

Standard & Poor's və Fitch Ratings Britaniyanın kredit reytinqini azaldıb və xəbərdarlıq edib ki, kəsilmələr davam edəcək.