-
İngiltərə yığmasının sabiq hücumçusu və populyar teleaparıcı Gary Lineker AÇ-nin 1/8 finalında İslandiya ilə oyunun nəticəsini (1:2) İngiltərə futbol tarixinin ən pis məğlubiyyəti adlandırıb.
O, Twitter-dəki səhifəsində olaya özünəməxsus şəkildə reaksiya verib:
«Tariximizdəki ən pis məğlubiyyət. İngiltərə vulkanların peşəkar futbolçuların sayından çox olduğu ölkənin yığmasına uduzdu».