-
Avropa Birliyinin (AB) kənd yerlərinin inkişafından ötrü Azərbaycana 7,2 milyon avro ayırdığı bildirilir. Vəsaitin Kənd İnkişafını Dəstəkləmə Proqramı çərçivəsində nəzərdə tutulduğu qeyd edilir.
Report-un xəbərinə görə bu haqda Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə qeyd edilir ki, layihə regionlarda kənd təsərrüfatının inkişafından ötrü islahatların həyata keçirilməsini nəzərdə tutur.
Avropa Birliyi layihənin icrasında kənd təsərrüfatı, iqtisadiyyat, fövqəladə hallar, səhiyyə nazirlikləri və Dövlət Statistika Komitəsi ilə əməkdaşlıq etməlidir.