Əliyevlə Erdoğan telefonla danışıb

İ.Əliyev və R.T.Erdoğan

-

Ölkə başçısı İlham Əliyev iyunun 29-da Türkiyə prezidenti Recep Tayyip Erdoğan-a telefonla zəng edib.

Bu haqda president.az saytı xəbər verir.

Xəbərə görə, prezident İstanbulun Atatürk Hava Limanında törədilmiş dəhşətli terror aktı nəticəsində çoxlu sayda insanın həlak olması ilə əlaqədar R.T.Erdoğan-a, ölənlərin ailə üzvlərinə və Türkiyə xalqına dərin hüznlə başsağlığı verib.

*75 min istifadəçi Youtube Kanalımıza abunədir. Hər gün yeni videolardan xəbəri olur - Sən də abunə ol və videoları izlə

Prezident terrorçuların çirkin əməllərini pisləyərək Azərbaycanın həmişəki kimi, bu ağır günlərdə də Türkiyənin yanında olduğunu qeyd edib.

Türkiyə prezidenti göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirib.

İyunun 28-i axşam İstanbul Hava Limanının beynəlxalq uçuşlar terminalında üç terrorçu – kamikadzenin özünü partlatdığı bildirilir. Nəticədə 41 nəfərin öldüyü, 239 nəfərin isə yaralandığı qeyd edilir.

Həmçinin baxın: