“Türkiyə Moskva ilə münasibətləri tam bərpa eləmək üçün SU-24 təyyarəsinin vurulmasına görə Rusiyaya kompensasiya ödəməli və pilotun ölümünə görə cavabdehlik daşıyanları cəzalandırmalıdır”.
Bunu Rusiyanın Ankaradakı səfiri Andrey Karlov deyib.
Rusiya prezidentinin köməkçisi Yuriy Ushakov isə iyunun 30-da bildirib ki, Moskva ilə Ankara kompensasiya məsələsini müzkirə edirlər, amma nəticənin necə olacağı bilinmir.
Qeyd edək ki, Türkiyə prezidenti Racep Tayyip Erdogan bu günlərdə Kremlə məktub göndərərək ölən pilotun ailəsindən üzr istəyib və bundan sonra tərəflər arasında münasibətlər yaxşılaşmağa başlayıb.
Rusiya prezidenti Vladimir Putin dərhal Türkiyəyə tətbiq elədiyi turizm embarqosunu qaldırıb və ticarət əlaqələrinin bərpasını göstəriş verib.
Münasibətlərin pisləşməsinə səbəb, Türkiyəninötən ilin noyabrında Suriya sərhədi yaxınlığında Rusiya təyyarəsini vurması olub.
Rusiya bundan sonra Türkiyəyə qarşı bir sıra sanksiyalar tətbiq edib.