Səudiyyədə partlayışlar törədilib

Səudiyyədə məscid qorunur, 4 iyul, 2016-cı il

-

Səudiyyə Ərəbistanında üç yerdə partlayışın törədilməsi bunun koordinasiyalı hücum olması sarıdan təşviş yaradıb.

İyulun 4-də Məhəmməd Peyğəmbərin Mədinə şəhərində dəfn olunduğu məscidə hücum edilib, dörd təhlükəsizlik əməkdaşı öldürülüb, beş nəfər yaralanıb.

Hər il Məkkə ziyarəti zamanı milyonlarla müsəlman bu məscidi ziyarət edir.

Hücumçu avtomobil dayanacağına qoyduğu bombanı partladıb. Bir neçə maşın alışıb.

Şiə məscidinə və ABŞ konsulluğuna da hücumlar olub.

Hücumlara görə məsuliyyəti götürən olmayıb.

Bu günlər müsəlmanlar müqəddəs Ramazan bayramını qeyd edirlər.