Çin qəzeti xəbərdarlıq edir

Cənubi Çin Dənizində tikinti, arxiv fotosu

-

Çinin nüfuzlu qəzeti mübahisəli Cənubi Çin dənizində böyük hərbi təlimlərdən öncə xəbərdarlıqla çıxış edib, yazıb ki, Pekin “hər hansı hərbi qarşıdurmaya hazır olmalıdır”.

Rəsmi “Global Times” qəzeti ingilis və çin dillərində birgə redaksiya məqalələrində Birləşmiş Ştatları ittiham edir, onu çox mübahisəli sularda “əzələsini gərməklə siqnal göndərməkdə” suçlayır. Cənubi Şin dənizi Asiya qitəsi, Tayvan, Filippin və Borneonun sərhədlərini yuyur.

Məqalədə deyilir ki, “Çinin acı alçaldıcı həbi udacağını gözləmək sadəlövhlük olardı”.

“Çin qısa müddətə ABŞ-la hərbi baxımdan ayaqlaşa bilməsə də, Birləşmiş Ştatlar Cənubi Çin dənizi mübahisəsinə güclə müdaxilə edərsə, bunun bədəlini ona ödətdirməlidir”.

Bu dənizlə bağlı bir neçə ölkə ərazi iddiasıyla çıxış edir. Çin burada hərbi məqsədlərə xidmət edə biləcək süni adalar yaradandan sonra gərginlik daha da artıb.

Çin iyulun 6-na planlaşdırılan hərbi təlimlərin rutin xarakterli olduğunu bildirir