Məşqçilər sərxoş olub

Belçika-İtaliya

HLN nəşrində yer alan yazı üzündən Belçikada yığma ətrafında böyük qalmaqal qopa bilər.

Bu nəşr iddia edir ki, yığmanın məşqçi korpusunun üzvləri qrup turnirində İrlandiya üzərindəki qələbənin (3:0) ardından Bordoda barbekü təşkil edib. Komandanın turnirdə keçirdiyi ikinci oyundan sonra təşkil olunan məclisdə məşqçilər əməllicə sərxoşlaşıb. Onlardan bəzilərini çətinliklə oteldəki nömrələrinə yerləşdirmək mümkün olub.

Xatırladaq ki, Belçika turnirdə mübarizəni 1/4 finalda Uelsə uduzmaqla (1:3) dayandırıb.