UEFA oyunçularının dopinqdən mümkün istifadəsinə dair Ukrayna yığmasına münasibətdə intizam işi açmağı lazım bilməyib.
Bir müddət əvvəl qitə futbol qurumunun ukraynalı oyunçuların yaşadığı otelin yanında çoxlu tibb təyinatlı məhsulların tapılması üzündən bu addımı ata biləcəyi xəbər verilirdi. Amma UEFA-nın mətbuat xidmətindən bildiriblər ki, bu işlə bağlı heç bir intizam işi açılmayacaq, turnirin gedişində götürülən bütün dopinq-testlər isə mənfi nəticələnib.
Yeri gəlmişkən, indiyə qədər futbolçulardan götürülən 1818 nümunədə şübhəli nəsə aşkarlanmayıb.