Belçikada 15 islamçı azadlıqdan məhrum edildi

Foto arxiv

Belçika məhkəməsi “İslam dövləti” qrupunun 15 üzvünü 16 ilədək həbs cəzasına məhkum edib.

Onlardan 9-u qiyabi mühakimə olunub və beynəlxalq axtarışa veriliblər.

Onlar bu ilin martında Belçika hava limanında 16 nəfərin ölümü ilə nəticələnən terror aktı da daxil olmaqla hücumlara hazırlaşmaqda təqsirli biliniblər.

Məhkəmədə cəmi 6 müttəhim iştirak edib.

Onların ötən il Paris partlayışlarının təşkilində əsas şübhəli sayılan Abdelhamid Abaaudla daima əlaqədə olduqları bildirilir və bu hadisədən sonra keçirilən reydlər zxamanı həbs olunublar.

Qeyd edək ki, Paris partlayışlarında 130 adam ölüb.