Ledley: “Bu hələ başlanğıcdır”

Uels yığması

-

Uels yığmasının yarımmüdafiəçisi Joe Ledley komandasının AÇ-2016-da çıxışından qürur duyur. Yarımfinalda Portuqaliyaya uduzan komandanın 29 yaşlı oyunçusu turnir startından 5 həftə əvvəl ayağını sındırmasına baxmayaraq, onu Fransaya aparan baş məşqçi Chris Coleman-ə təşəkkür etməyi də unutmayıb:

“Mənim və komandamın etdikləri qeyri-adidir. Uğurumuz tarixə düşəcək, ancaq mənə inanın ki, bu hələ başlanğıcdır. Ölkəmi sevirəm... Azarkeşlərimiz verdikləri dəstəklə AÇ-dəki uğurlarımızı haqq etdi. Sizsiz belə olmayacaqdı. Yaxşı fiziki forma yığmağıma kömək edən fizioterapevtlərimə və məşqçilərimə, eləcə də mənə güvənən Chris Coleman-ə də təşəkkür etmək istərdim”.