-
İyulun 7-də Azərbaycan prezidenti İlham Əliyev Varşavaya gedib.
AZƏRTAC-ın xəbərinə görə, Azərbaycan prezidenti İlham Əliyevin Polşaya səfərində məqsəd NATO-nun Sammitində iştirak etməkdir.
İyulun 8-i və 9-da Polşanın paytaxtı Varşavada NATO sammiti keçiriləcək.
İlham Əliyevin bu sammit çərçivəsində bir sıra görüşləri gözlənilir. Onun Polşa prezidenti Ancey Duda ilə də görüşəcəyi bildirilir.