Dallas Polisinin məlumatına görə polisin öldürdüyü yaraqlı deyib ki, ağ insanları, xüsusilə də ağ zabitləri öldürmək istəyir.
Polis rəisi David Braun iyulun 8-də deyib ki, o danışıqlar zamanı polislərin qara dərili adamları güllələməsindən hiddətləndiyini və təkbaşına hərəkət etdiyini deyib.
KİV-lər onun 25 yaşlı Micah Johnson olduğunu yazırlar.
İyulun 7-də keçirilən dinc etiraz aksiyası zamanı snayperlə 5 polis öldürülüb, 7 nəfərsə xəsarət alıb.
Polisin məlumatına görə snayperçilərazı iki nəfər olub.
Aksiyaçılar həmin vaxt polislərin 2 afroamerikalını güllələməsinə etiraz edirmişlər.
ABŞ prezidenti Barack Obama bu qətilləri kəskin pisləyib.