Məşhur italyan mütəxəssis Fabio Capello «Sky Sport Italia»ya açıqlamasında AÇ-nin qarşıdakı final oyunundan danışıb. Onun fikrincə, Fransa yalnız kağız üzərində favoritdir:
«Çox maraqlı oyun olacaq. Hər iki komandanın işi çətindir. Fransa hücumda güclü olsa da, müdafiədə problemləri var. Portuqaliya isə yığcam oyunu ilə mənə Konte-nin İtaliyasını xatırladır. Bu komandanın da oyunun axarını dəyişməyə qadir futbolçuları var. Hər iki məşqçi qalib gəlmək üçün rəqibi yaxşı öyrənməlidir. Fransa ev sahibidir və kağız üzərində favorit sayılır. Ancaq fikrimcə, Portuqaliya indi yaxşı formadadır. Portuqaliyalılar Fransanı cəzalandırmaqdan ötrü lazımi məqamı necə gözləməli olduqlarını bilirlər».