«Arsenal»ın qapıçısı Petr Čech klub karyerasına köklənmək istədiyini və bu üzdən Çexiya yığmasında çıxışını bitirdiyini açıqlayıb.
London klubunun mətbuat xidməti 34 yaşlı qapıçının açıqlamasını yayıb: «Lap uşaqlıqdan yığmada, heç olmasa, bir oyun keçirməyi arzulayırdım. Dəfələrlə milli komanda formasında meydana çıxmağım məni qürurlandırır. Çexiya yığmasında karyeramı bitirmək qərarımın kökündə sırf futbol aspekti dayanır. Müxtəlif klubların heyətində çoxlu oyun keçirmişəm və belə yüksək səviyyədə oynamağı davam etdirmək istəyirəm. İşimi keyfiyyətli görmək üçün mənə balans tapmaq zəruridir. Çox güman, istirahət və gücümü bərpa etməyə daha çox vaxt tələb olunur. Çexiya və Çexoslovakiya yığmalarının tarixinə baxın. Çoxlu böyük adlar görəcəksiz. Yığmada onlardan çox oyun keçirmişəm. 14 il milli komandada oynamışam. Fantastik xatirələrim var. Zamanı saxlamaq mümkünsüzdür və bəzən gələcəyə yönəlik doğru qərar vermək lazımdır. Doğru addım atdığımı düşünürəm».
2002-ci ildən milli formanı geyən və 124 oyun keçirən Petr Čech bu baxımdan Çexiya yığmasının rekordçusudur.