Böyük Britaniyanın xarici işlər nazirliyi Avropa Birliyi üzvlüyü ilə bağlı yenidən referendum keçirilməsi üçün toplanan petisiyaya öz münasibətini bildirib. Nazirlik deyib ki, hakimiyyət 23 iyun referendumunun nəticələrinə hörmət etməlidir.
İnternetdə yayılan petisiyanı 4 milyondan çox Britaniya vətəndaşı imzalayıb.
İyun referendumunda Britaniyanin AB-dən çıxmasının lehinə 52, əleyhinə 48 faiz səs verilib.
İnternetdə bunun əleyhdarları petisiya yaradıb yenidən referendum keçirilməsini tələb edirlər. Petisiyanı imzalayanların sayı sürətlə artır.
İmza 100 mini keçdiyindən petisiyanın tələbi parlamentdə də müzakirəyə çıxarılacaq.