Rusiya NATO-nun genişlənməsi ilə bağlı izahat istəyir

Rusiya Xarici İşlər nazirliyinin rəsmisi Mariya Zaxarova

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova öz şərhində bildirib.

Zaxarova bildirib ki, Rusiya NATO-nun iyulun 13-də Brüsseldə gözlənən iclasında buna cavab axtaracaq.

İyulun 9-da ABŞ prezidenti Barack Obama bildirib ki, Rusiyanın Ukraynanın şərqindəki fəaliyyəti Avropanın təhlükəsizliyini təhdid edir.

NATO Polşa və Baltik ölkələrində 4 batalyon yerləşdirməyi qərara alıb.

NATO-nun baş katibi Jens Stoltenberg keçirdiyi mətbuat konfransında bildirib ki, Rusiya ilə konstruktiv münasibətlərin tərəfdarıdırlar, «Soyuq Müharibə» dövründəki kimi qarşıdurmaya getmək istəmirlər.