-
Pentaqon deyir ki, bu ilin əvvəlində öldürüldüyü bildirilən İslam Dövləti (İŞİD) qruplaşması komandiri ötən həftəsonu Mosul yaxınlığında olub. İŞİD-in orada keçirilən toplantısına hava zərbəsi endirilib.
Pentaqonun sözçüsü Peter Cook iyulun 14-də deyib ki, Birləşmiş Ştatlar hələ də iyulun 10-da Omar al-Shishani-nin ölüb-ölməməsi məsələsini dəqiqləşdirməyə çalışır. O, Mosul yaxınlığında İŞİD-in 16 komandiri ilə görüşürmüş.
“Çeçen Omar”ın martda hava zərbəsində aldığı yaralardan öldüyü bildirilirdi. Amma Cook deyib ki, ABŞ bu yaxınlarda onun ölmədiyi, 10 iyul toplantısına qatılacağı barədə məlumat əldə edib.
Cook deyir ki, bu dəfə ona daha bir zərbə endirilib və görünür, bu dəfə uğurlu olub. İŞİD iyulun 13-də elan edib ki, Shishani İraq yaxınlığında döyüşdə qətlə yetirilib.
Pentaqon Shishani-ni İŞİD-in “müharibə naziri” sayırdı və başına 5 milyon dollarlıq mükafat qoymuşdu.