-
İrlandiyadan tutmuş İndoneziyayadək bir sıra ölkələrin liderləri Monqolustan paytaxtı Ulan Batorda sammitə toplaşıb. Sammitdən saatlar öncə isə Fransanın Nitsa şəhərində 80-dən artıq adamın həyatına son qoymuş hücum törədilib.
Asiya-Avropa (ASEM) təşkilatının sammiti hücum qurbanlarının xatirəsinə bir dəqiqəlik sükutla açılıb.
Təşkilat iki ildən bir toplaşır. Bu dəfəki sammitdə terrorçuluqla mübarizə gündəlikdə önəmli yer tutur.
Çin bu tədbir vasitəsilə “Bir kəmər, Bir yol” proqramının təbliğinə çalışır. Proqram Avrasiya üzərindən infrastruktur layihələrin qurulmasını hədəfləyir.
ASEM liderləri Britaniyanın Avropa Birliyindən çıxmasına dair referendumun nəticələrini də müzakirə edəcəyi gözlənilir.
Böyük Britaniya kabinet dəyişiklikləri ucbatından tədbirdə yüksək səviyyədə təmsil olunmur.
Almaniya kansleri Angela Merkel və Rusiya Baş naziri Dmitry Medvedev sammit çərçivəsində ikitərəfli görüş keçiriblər.