Bütün sahələrdə qiymət arta bilər - Nazirlik

►İqtisadi İnkişaf Nazirliyi bütün sahələrdə qiymətin artacağını gözləyir

“Hazırda Tarif Şurasının gündəliyində digər sahələr üzrə tarif dəyişikliyinin aparılması ilə bağlı məsələ müzakirə edilmir”.

Bunu İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin katibi Abbas Əliyev deyib.

Fins.az-ın xəbərinə görə, A.Əliyev deyib ki, elektrik enerjisində qiymət artımı digər sahələrə də təsir edəcək.

“Elektrik enerjisi demək olar ki, bütün sahələrdə istifadə olunan məhsuldur. Ona görə, ümumilikdə qiymətlərə təsirlərdən söhbət gedə bilər”, nazirlik sözçüsü bildirib.

Ötən gün Tarif Şurası elektrik enerjisinin qiymətini 17 faizədək artırıb.