Əli Kərimli: 'Türkiyə hökuməti anlamalıdır ki...'

Əli Kərimli

«Proseslərdən Türkiyə qalib çıxdı. Xalqın ən böyük güc olduğu sübut olundu».

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli Türkiyədə baş verənləri Facebook sosial şəbəkəsində belə şərh edib.

«Demokratiyasına sahib çıxan əliyalın, mübariz xalq Türkiyə bayraqları ilə tankların üstünə çıxdı, azad mətbuatın, yetkin, oturuşmuş siyasi partiyaların, konstitusiyaya sadiq qalan dövlət qurumlarının da gücü ilə dövlət çevrilişinə cəhdin qarşısını ala bildi», - deyən Əli Kərimliyə görə, Türkiyə hakimiyyəti qərarlı və tədbirli davranıb. Dövlət qurumları və xalqı, iqtidarı və müxalifəti ilə demokratiya sınağından uğurla çıxıb.

Ə.Kərimli eyni zamanda baş verənlərdən Türkiyə hökumətinin nəticələr çıxarmalı olduğunu vurğulayıb.

«Ən çətin məqamda dövlətinə sahib çıxan azad mətbuatı, azad interneti, siyasi müxalifəti, demokratik təsisatları sıxışdırmaq olmaz. Ən çətin sınaq məqamında həmin demokratik təsisatlar xalqın, demokratiyanın, iqtidarın yanında oldu», - Ə.Kərimli deyib.

Ötən gecə Türkiyədə hərbi çevrilişə cəhd olub. Hərbçilər Atatürk hava limanını və dövlət televiziyasının binasını ələ keçiriblər.

Hadisə nəticəsində ümumilikdə 161 nəfərin həlak olduğu bildirilir. 1500-dən çox yaralı var.

Asayiş bərpa edilir, qiyamçı generallar həbs olunur

Sizin brauzer HTML5-i dəstəkləmir

Asayiş bərpa edilir, qiyamçı generallar həbs olunur