Türkiyə hakimiyəri Wikileaks saytına çıxışı bağlayıb.
Sayt bundan əvvəl hakim partiyanın elektron yazışmalarını yaymışdı.
Söhbət, 2010-cu ildən bu yana “Ədalət və İnkişaf” partiyası üzvlərinin təxminən 300 min elektron məktubundan gedir.
Wikileaks-in müəllifləri bildiriblər ki, prezident Racep Tayyip Erdoganın ölkədəki uğursuz qiyama kəskin reaksiyasından sonra belə bir addım atıblar.
Onlar informasiya mənbəinin qiyamçılarla heç bir əlaqəsi olmadığını deyirlər.