Erdogan yenə xarici dövlətlərdən danışır

Recep Tayyip Erdogan (solda) və Fethullah Gulen

-

Türkiyə prezidenti Recep Tayyip Erdogan iyulun 20-də deyib ki, iyulun 15-dəki çevriliş cəhdində xarici dövlətlərin əli var. Amma konkret ölkə adı çəkməyib.

“Al Jazeera” televiziyasına müsahibəsində Erdogan ABŞ-da yaşayan ilahiyyatçı Fethullah Gulen-in başçısı olduğu təşkilatı “ali beyin” idarə edib. Erdogan çevriliş cəhdi arxasında Gulen-in durduğunu bildirir.

Erdogan Türkiyədə demokratiyanın təhlükə altında olması, özünün getdikcə avtoritarlaşması barədə deyilənləri rədd edib.

“Demokratik parlament sistemi çərçivəsində qalacağıq, bundan əl çəkən deyilik”, Erdogan deyib.

Onu da vurğulayıb ki, parlament ölüm cəzasını bərpa edərsə, bunu təsdiqləyəcək, hətta bu, Türkiyənin Avropa Birliyinə qoşulması prosesinə təhlükə yaratsa belə.

Bu arada iyulun 20-də Niderland, Almaniya və Kanada xarici işlər nazirləri Türkiyədə çevriliş cəhdindən sonra hakimiyyətin atdığı addımlardan narahatlıq bildirib, Türkiyəni hüququn aliliyinə sayqı göstərməyə çağırıb.