-
Azərbaycan Mərkəzi Bankı manatın iyulun 22-nə olan rəsmi məzənnəsini açıqlayıb.
Həmin məzənnəyə görə, iyulun 22-də bir dollar 1,5724 manata bərabər olacaq. İyulun 21-də bir dollar 1,5693 manat olmuşdu.
Son aylar manat davamlı ucuzlaşır.
Bir sıra iqtisadçılar bu ilin sonuna kimi bir dolların 1 manat 80 qəpiyə qədər yüksələcəyini ehtimal edirlər.