«QƏBƏLƏ» YOLUNA DAVAM EDİR
Azərbaycanın Avropa Liqasındakı təmsilçilərindən «Qəbələ» növbəti mərhələyə adlayıb.
Eyniadlı şəhərin təmsilçiləri iyulun 21-i II təsnifat mərhələsinin cavab oyunda Macarıstan təmsilçisi MTK klubunu 2:O hesabı ilə məğlub ediblər. «Qəbələ» rəqib meydanda keçirilən ilk qarşılaşmada da meydandan qalib ayrılmışdı.
Roman Hrygorchuk-un yetirmələri bu mərhələdə Fransa təmsilçisi «Lill»lə qarşılaşacaqlar.
Növbəti mərhələnin ilk oyunları iyulun 28-də baş tutacaq. «Qəbələ» həmin gün Fransada «Lill»in qonağı olacaq.
«NEFTÇİ» MÜBARİZƏNİ DAYANDIRDI
Azərbaycanın Avropa Liqasındakı digər təmsilçisi «Neftçi» isə II təsnifat mərhələsində mübarizəni dayandırmaq məcburiyyətində qalıb. Bir həftə əvvəl rəqibin müqavimətini qıra bilməyib qolsuz bərabərliklə kifayətlənən Bakı təmsilçisi cavab qarşılaşmasında Makedoniyanın «Şkendiya» klubuna 1:0 hesabı ilə boyun əyib.
Azərbaycanın Avropa Liqasındakı təmsilçilərindən «Kəpəz» də iyulun 20-si II təsnifat mərhələsində mübarizəni dayandırmalı olmuşdu. Azərbaycanı Çempionlar Liqasının təsnifat mərhələsində təmsil edən «Qarabağ» isə yoluna davam edir.