Azərbaycanlı hakim Avropa çempionatının finalında

Foto arxiv

Foto arxiv

19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının finallını azərbaycanlı hakim Əliyar Ağayev idarə edəcək.

AFFA-nın məlumatına görə, Almaniyada keçiriləcək final görüşündə Fransa və İtaliya milliləri qarşılaşacaq.

İyulun 24-də Zinsaym şəhərində keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.