-
"Çevrilişdən parlamenti qoruya bildik, amma demokratik sistemi qoruya bilməmişik".
"Hökümətin növbəti hədəfi solçu tənqidçilər, solçu tələbə təşkilatları və insan hüquqları qurumları olacaq".
Türk yazıçı, insan haqları fəalı və jurnalist Burhan Sönmez “Şimal” (2009), “Məsumlar” (2011) və “İstanbul İstanbul” (2015) kimi romanların müəllifidir. O ixtisasca vəkildir və insan hüquqları ilə bağlı fəaliyyətlərinə görə 1996-cı ildə həbs olunaraq polis tərəfindən işgəncəyə məruz qalıb. Burhan Sönməz DW.de-ə verdiyi müsahibəsində yazar və insan haqları fəalı kimi Türkiyənin indiki durumundan danışır.
- Sizin 2015-də işıq üzü görmüş romanınız “İstanbul, İstanbul” işgəncə altında olan məhbusların əhvalat danışaraq ağrılarını yüngülləşdirməklərinə həsr olunub. Əhvalat danışma bizi Türkiyənin gələcəyi üçün çalışmağa ruhlandıra bilərmi?
- Siz romanımda ağrılar içində qıvranan, amma bir yandan da gələcək üçün mübarizə aparan adamları görürsünüz, çünki onların hələ də gələcəklə bağlı xəyalları var.
Mənim kimi adamlar illərdir bu ölkənin gələcəyinə inanırıq. Məndən soruşsanız ki, bu ölkədə illərim yaxşı keçibmi, cavab verərəm ki, hər növbəti ilim, əvvəlkindən daha pis keçib. Ancaq bu o deməkdir ki, arzularımız hər keçən il daha da böyüyür – başqa cür bu ölkədə ayaqda qala bilməzsən.
İstərdim gerçəyə heç uyğun olmayan bir şey deyim: Mən ölkəmim gələcəyi haqda çox ümüdlüyəm, əks halda ölkəni tərk edib gedərdim. Halbuki, hələ də burdayam, mənim kimi adamlar burda qalmağa davam edir. Biz azadlıq, bərabərlik, tolerantlıq və həmçinin sülh uğrunda səsimizi eşitdirməyə davam etdirəcəyik. Bizim buna hər zaman olduğundan daha çox ehtiyacımız var.
Buna da bax: "Genco Erkal: Erdoğanın elədiyi də sivil dövlət çevrilişidir".
- Türkiyədə dövlət çevrilişinə cəhd sizinçün gözlənilməzlik idimi?
- Bəli xeyli gözlənilməz oldu və əminəm cəmiyyətin böyük hissəsi dövlət çevrilişinə cəhd olacağını gözləmirdi, çünki indiyə qədər hakimiyyətlə ordu çox yaxşı yola gedirdi və hər məsələdə həmfikir idilər. Bunu kimsə gözləmirdi.
- Bəs, belə qəfil baş verən hadisələr zincirini necə izah edərsiniz?
- Bu Türkiyənin təbiətinə xasdır. Türkiyədə nə siyasətdə, nə də social həyatda stabillik yoxdur, buna görə də cəmiyyətdə, orduda və hökümətəd hər an, hər şey baş verə bilər. Gözlənilməzlik ancaq baş verənlərin nəticəsiylə bağlı ola bilər.
- Hadisərin nəticəsi sizdə necə təəsürat yaratdı?
- Narahatverici olan odur ki, keçən cümə iki şər qüvvə toqquşub. Şər qüvvə ona görə deyirəm ki, hər iki siyasi qüvvə mənim gözümdə şərin tərəfdarıdır. Onlardan biri çevrilişin təşkilatçısı ordu, digəri isə demokratik dəyərlərə hörmət etməyən hökumətdir. Bu iki qüvvənin toqquşması Türkiyəyə demokratiya gətirməyəcək, bunun üçün də biz narahatıq.
İndi güc-bəla ilə çevrilişdən parlament sistemini qoruyub saxlaya bildik, ancaq bu demokratik sistemi də qoruya bildiyimizi göstərmir, çünki Erdoğan bunu öz siyasətini, şəxsi ambisiyalarını və islamçı rejimini şaxələndirib, gücləndirmək üçün istifadə edəcək. Bax buna görə narahatıq.
Buna da bax: "Erdoğan qalib gəldi, yoxsa demokratiya?"
- Ölkənin qütbləşməsi hər gün daha da dərinləşir. Sizcə bu vətəndaş müharibəsinə aparıb çıxara bilərmi?
- Xeyir, bu gözlənilən deyil, çünki demokratik müxalifət küçələrə çıxmayıb. Onlar küçələrdə dindarlarla vuruşmaq istəmirlər. Sonuncu dəfə üç il öncə "Gezi Parkı" etirazları zamanı biz hamımız, sağçı, solçu, islamçılar birlikdə küçələrə çıxmışdıq və bir-birimizlə qardaşcasına davranmışıq. Hətta polislər və ordu 10-dan çox yoldaşmızı öldürsələr də biz on minlərlə etirazçı polis hücumlarından çox zərər çəksəkdə, sakitliyi qoruyub saxlaya bildik.
- Dövlət çevrilişinə cəhddən sonra həbs olunan minlərlə insan kimlərdir?
- Erdoğan dövlət çevrilişi cəhdindən özünə qarşı bütün müxalif qüvvələri cilovlamaq məqsədiylə istifadə etdi, çünki o tənqidi sevmir. Cəmi bircə günə on min adam həbs olundu, 2745 vəkil və müstəntiq vəzifəsindən əvəz olundu, düşünə bilirsiniz nə qədər böyük rəqəmdir. İndi demək bu qədər adamın hamısı dövlət çevrilişində iştirak edib? Xeyr, bu ağlabatan deyil. Onlar sadəcə dövlət çevrilişindən fürsət kimi yararlanıblar. Bu ilk addımdır, ikinci addım bir az sonra gələcək.
- İkinci addım nə ola bilər?
- Sosial mediada hökümətə yaxın olanlar həbs olunacaq jurnalistlərin adını çəkirlər, həmin adamlar əsasən Fetullah Gülenə yaxın olan jurnalistlər, islamçı-mühafizəkar jurnalistlər ya da liberal sol tərəfdarı jurnalistlər olacaq. Beləliklə növbəti hədəf hökümətin solçu tənqidçiləri, solçu tələbə təşkilatları və insan hüquqları qurumları olacaq. Hələlik onlara toxunmurlar, ancaq bunu növbəti addımda edəcəkləri məlumdur.