Müdafiə naziri əsgərlərlə yemək yedi- FOTOLAR

-

Müdafiə naziri Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti iyulun 26-da cəbhə bölgəsindəki hərbi hissələrdə olub.

Xəbəri Müdafiə Nazirliyi yayıb.

Xəbərdə qeyd edilir ki, ön xətdə döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən nazir müdafiənin dayanıqlığı, hərbi qulluqçuların döyüş və mənəvi- psixoloji hazırlığı ilə tanış olub. Onun, komanda müşahidə məntəqəsindən Ermənistan silahlı bölmələrinin mövqelərini izlədiyi qeyd edilir.

Müdafiə Nazirliyi bildirir ki, Z. Həsənov əsgərlərlə nahar edib, ön xətdə şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı görülən işlərlə də maraqlanıb.

Bu il aprelin 2-dən 5-nə kimi Qarabağ cəbhəsində baş verən hərbi əməliyyatlarda hər iki tərəf onlarla itki verib. Bundan sonra ATƏT-in Minsk qrupu Azərbaycan və Ermənistan rəhbərliyinin görüşünü təşkil edib. Bu il mayın 16-da Vyanada keçirilən görüşdən sonra cəbhədə böyük hərbi əməliyyatlar dayanıb.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.