-
İslam Dövləti (İŞİD) silahlı qruplaşmasının xəbər agentliyi olan AMAQ video yayıb. Videoda bu həftə Fransanın şimalında kilsəyə hücum edənlərdən birinin danışdığı bildirilir. O, müsəlmanları ölkəni dağıtmağa çağırır.
Danışan 19 yaşlı Fransa vətəndaşı Abdel-Malik Nabir Petitjean-dır. O, katolik keşişini öldürənlərdən biridir, özü də polis tərəfindən güllələnib. Petitjean Prezident Francois Hollande və Baş nazir Manuel Valls-a müraciət edir.
“Zəmanə dəyişib. Siz də qardaş və bacılarımızın çəkdiyi əziyyəti çəkəcəksiz. Ölkənizi dağıdacağıq”, o deyir.
“Qardaşlar, bıçaqla küçələrə çıxın, onlara hücum edin, kütləvi öldürün”, deyən Petitjean müsəlmanları Suriyada İŞİD-lə savaşan beynəlxalq koalisiyadakı müttəfiqlərə hücuma çağırır.
Kilsəyə hücumdan öncə Fransa polisi Petitjean-ı axtarırmış. Türkiyə kəşfiyyatı onun radikallaşması barədə məlumat ötürübmüş.