-
Uzun müddətdir Gürcüstanda yaşayan azərbaycan yazıçısı Seymur Baycan, öz yaradıcılıq işləri, Azərbaycanda və Türkiyədə son günlər baş verənlər. Gürcüstan və Azərbaycan ədəbi mühitinin fərqləri haqda Oxu Zalına danışır.
- Seymur bəy, uzun müddətdir Azərbaycanda yoxsunuz amma mühacirətdə də deyilsiniz. Bəs ölkədən getmənizi necə qəbul etmək olar: yaradıcı ezamiyyət, yoxsa dinclik axtarışı?
- Gürcüstan, Tiflis həmişə gəlib-getdiyim yerdi amma düzdü bu gəlişim bir az uzun çəkdi. Mühacirətə getməmişəm. Mühacirətdə yaşamağın nə qədər ağır və ağrılı bir şey olduğunu bilirəm. Məndə o güc yoxdu mühacirətdə yaşayım. Bu haqda yazmışam. Gürcüstan tanıdığım yerdi. Gürcülərin kinolarından, ədəbiyyatlarından, yaşayışlarından az-çox məlumatlıyam. Jurnalistlər, yazıçılar, şairlər arasındada tanışlar var. Danışmağa mövzu tapırıq. Ünsiyyət problemi yoxdu.
Belə sualları mənə tez-tez verirlər. Niyə yoxsan?Nə vaxt qayıdırsan? Mühacirətə getmisən?Doğrusu bu haqda danışmaq istəmirəm. Danışmağa bir söz də yoxdu.
Hekayələr yazıram. Bəy, xan dövründən tutmuş ta günümüzə qədər hər dövrə aid bir-iki hekayə olacaq. Əvvəlki hekayələrdə daha çox özüm, hisslər var idi, bu hekayələrdə isə daha çox müxtəlif dövrlərdə yaşamış adamların məişəti haqqında məlumatlar var. Həm də çalışıram hekayələrdə kolorit olsun. Bu hekayələri yazmaq üçün gərək çoxlu oxuyasan. Əsas azərbaycan yazıçılarının əsərlərini oxuyuram. Çünki hekayələrin mövzularını azərbaycan yazıçılarının əsərlərindən çıxarıram. Bəzən üç-dörd roman oxuyuram, bir hekayənin də mövzusu çıxmır. Bəzən balaca bir kitabdan iki hekayənin mövzusu çıxır. Əsas problemim kitablarla bağlıdı. Gələnlərdən xahiş edirəm gətirirlər. Bəzən elə kitablar gətirirlər ki, onları artıq oxumuş oluram. Qaldı xoşbəxtlik axtarışına, mənim indi xoşbəxtlik axtaran vaxtım deyil. Sakitçilik axtarıram. Ki,yaza bilim, düşünə bilim, oxuya bilim.
Buna da bax: "Nərmin Kamal. Sadə dildə yazmağın çətinlikləri"
- Ölkəsindən və yazıb-yaratdığı mühitindən ayrı düşmək yazıçıya nələr qazandırır, nələrini alır?
- O qədər də uzaqda deyiləm. Bununla belə kənardan problemlər, nələrin çatışmadığı, harda axsamağımız daha aydın görünür. Bu qazancdı. İtki isə odur ki, bir-birimizə ən çox lazım olan vaxtda, bir-birimizə ən çox fayda verə biləcəyimiz bir zamanda dostlarımdan ayrı düşdüm. Hərə bir ölkədədi. Axı insanın tək başına öyrənməsi, dərk etməsi çətindir. Kənar təsirlər də lazımdır. Məsələn, əgər mən ədəbiyyat haqqında nəsə danışırdımsa, başqası da kino, rəssamlıq sənəti, musiqi haqqında danışırdı.
- Ümumiyyətlə Tiflisin ədəbi mühiti ilə Azərbaycandakı mühiti müqayisə etmək olarmı? Əsas fərqlər hansılardır?
- Əsas fərq ondan ibarətdir ki, Gürcüstanda ədəbiyyat nazirliyi funksiyasını
Seymur Baycan yox, Seymur Baycanaşvili olsaydım indi “Quqark” bir neçə dilə tərcümə olunmuşdu. Elmir Mirzoyev Elmir Mirzoişvili olsaydı çöllərə düşməzdi.
yerinə yetirən Yazıçılar Birliyi yoxdur. Gürcülər Frankfurt ədəbiyyat festivalına hazırlaşırlar. Ona görə də gürcü yazıçılarının əsərləri müxtəlif dillərə, xüsusən alman dilinə tərcümə olunur. Mən isə hekayələrimi rus dilinə çevirtdirmək üçün özüm pul tapmalıyam. Əsas fərq odur ki, əgər mən Seymur Baycan yox, Seymur Baycanaşvili olsaydım indi “Quqark” bir neçə dilə tərcümə olunmuşdu. Əsas fərq ondan ibarətdir ki, Elmir Mirzoyev Elmir Mirzoişvili olsaydı çöllərə düşməzdi. Gürcülər onu mataha mindirərdilər, qiymətini verərdilər. Gələnə də gedənə də göstərərdilər ki, bizim belə intellektualımız var. Amma Azərbaycanda Elmir Mirzoyev kimə lazımdı? Heç kimə. Yaxşı, hakimiyyəti başa düşdük, bəs xalq hardadı? Əgər doqquz milyonluq bir xalq bir ziyalını qoruya, saxlaya bilmirsə o xalq niyə
yaşayır, onun yaşamağa mənəvi haqqı varmı? Bir dəfə gürcü şairləri, yazıçıları ilə oturmuşduq. Orda bir nəfər mənə dedi ki, Seymur, sən gürcü olmalı idin. Başa düşdüm nə demək istəyir və bu söz xətrimə dəymədi. Düz sözə nə deyəsən? Gürcülərin öz mədəniyyətlərinə qarşı həssas münasibəti adamı heyran edir. Hər fürsətdə tanıdırlar, təbliğ edirlər, üzə çıxarmağa çalışırlar. Bir əhvalat yadıma düşür. Bir gürcü dostumuz bizi Kaxetiyaya ata evinə qonaq aparırdı. Yolda gürcü ədəbiyyatından söhbət düşdü. Adam da yazıçı, şair deyil. Taksi sürücüsüdü. Mən başladım Qoderzi Çoxelidən danışmağa. Dedim ki, müxtəlif yazıçıların hekayələrindən ibarət bir hekayə toplusu nəşr etmişdim. Hekayələri də özüm seçmişdim. Ora Qoderzi Çoxelinin də hekayələrini əlavə etmişdim. “Cəhənnəm iztirabları” hekayələr toplusundan danışırdım. Necə sevindi. Hadisənin şahidi var. Çevrilib o üzümdən bu üzümdən öpdü. Ayağı da qazda. Dedim ay qardaş, nə edirsən? İndi gedib düşəcəyik dərənin dibinə. Allah xətrinə, yola bax. Gəldik kəndə. Yaxşı məclis quruldu. İndi bu adam bir-bir məni məclisdəkilərə təqdim edir. Deyir dostumdu, yazıçıdı. Yaxşı oğlandı zad. Burası heç. Bir-bir hamıya dedi ki, bəs bu adam hekayə toplusu nəşr edib, ora Qoderzi Çoxelinin hekayələrini də salıb. İndi kim məclisə gəlir, bir-bir ona bu haqda danışır. Axırda bezdim. Dedim sən allah, bəsdi artıq mən utanıram. Belə bir vəziyyəti bizdə təsəvvür edə bilirsən? Kimsə deyir ki, bəs mən hekayələr toplusu nəşr etmişdim, ora Mirzə Cəlilin də hekayələrini əlavə etmişdim və həmin adama qarşı yüksək dərəcədə təşəkkür edilir. Özü də kimlər, adi insanlar. Belə söhbətlər çox olub.
Bizdə isə banal səslənsə də deməliyəm,adamın başından basırlar. Nə qədər güclü olmalısan ki, azərbaycan şərtlərində bir yazıçı kimi yetişəsən. Bu qədər kinayənin, bu qədər paxıllığın qarşısında dayanmaq, var olmaq çətindi. Adama elə düşmən münasibəti göstərirlər ki, sanki ölkədə baş verən bütün pis hadisələrin səbəbkarı sənsən.
Buna da bax: "S. Baycan: Guya bayram keçirirlər, amma həm də keçirilmir"
- Bilirsiniz ki, indi Türkiyədə çox qarışıq hadisələr baş verməkdədir. Bizim cəmiyyətin də müəyyən tərəfləri ilə Türkiyəyə meylli olmasını nəzərə alaraq, Türkiyədəki hadisələrdən nə nəticələr çıxarmalıyıq?
- İlk dəfə Türkiyədən qayıdan kimi “Əlvida Atatürk” adlı yazı yazmışdım. Düzdü, indi yazsam başqa cür yazardım, yazıda çiy məqamlar var idi amma əsas odur ki, düzgün nəticə çıxarmışdım səfərimdən. Həmin yazıda bir cümlə
Türkiyədə baş verən hadisələrdən çıxaracağımız ən böyük nəticə budur. Biz nə yolla olursa olsun dünyəviliyimizi qorumalıyıq.
vardı. Məscidi məktəbindən böyük olan ölkənin axırı yoxdu. Göz insana görmək üçün verilib. Bəzən insanlar ağır-ağır əsərlər oxuyurlar, terminlərlə danışırlar, vəziyyəti mürəkkəbləşdirirlər, gözünün qabağında baş verən hadisələri isə görmürlər. Türkiyə mövzusunda çox adamla mübahisə etmişəm. İndi baş verənlər haqqında illər əvvəl danışırdım, mübahisə yaranırdı. Deyirdilər sən Türkiyəni tanımırsan, vəziyyəti şişirdirsən. İndi hərdən həvəsim olanda yazıram. Yazıram ki, a bəy yadındadı filan vaxtı, filan yerdə mübahisə edirdin mənlə. Deyirdin Türkiyəni tanımırsan. Görürsən nələr baş verir? Həmişə öz müşahidələrimə inanmışam. Türkiyəyə avtobusla getmişdim. Baxırdım kəndlərə, balaca bir kənddir, iki-üç məscidi var. Bunu görmək mənə bəs elədi. Görünən kəndə nə bələdçi.
Türkiyədə indi o hadisələr baş verir ki, axır-əvvəl, gec-tez baş verməli idi. Bu hadisələr amansız həqiqəti bir daha sübut elədi. Tarix hoppanmır. Bir nəfərin ortaya çıxıb islahatlar aparması, ya da bir nəfərin uzağı görüb yazıb yaratması hələ hər şey demək deyil. Hər bir xalq öz siyasi iradəsini ortaya qoyub yüksək yaşayışa layiq olduğunu nümayiş eləməlidir. Türkiyə indi öz təbii vəziyyətinə qayıtmaqdadı, sadəcə Ərdoğan bu prosesi sürətləndirdi.
Bizimkilərin Türkiyəyə qarşı kor-koranə heyranlığı həmişə məni qıcıqlandırıb. Bu heyranlıq hadisələrə düzgün qiymət verməyə mane olur. Türkiyədə baş verən hadisələrdən çıxaracağımız ən böyük nəticə budur. Necə olub, hansı yolla olub, bunu qoyaq kənara. Azərbaycan xalqının qazandığı ən böyük dəyər dünyəvilikdir. Biz nə yolla olursa olsun dünyəviliyimizi qorumalıyıq. Əgər biz dünyəviliyimizi itirsək bir xalq kimi birdəfəlik yox olacağıq.
- Azərbaycanda baş verən siyasi hadisələrdən yazarların hamısı bir cür yararlandı, çox adam mühacirətə gedib Avropa vətəndaşı oldu və yazmağı dayandırdı, digər qismi hökümətyönümlü yaxud müxalif saytlarda yüksək maaşla işə girdi. Bəs sizin bütün bu hadisələrdən kənarda qalmanızı necə izah etmək olar? Tənbəllik yoxsa əvvəldən qoyulmuş prinsiplər?
- Əgər sən mühacirətə getməyi vəziyyətdən yararlanmaq hesab edirsənsə çox böyük səhvə yol verirsən. Ola bilsin mühacirətin nə demək olduğunu bilmirsən, ona görə belə deyirsən. Müxalifyönlü, hakimiyyətyönlü saytlarda işləməməyimin prinsipiallıqla və tənbəlliklə heç bir əlaqəsi yoxdu. Mənə də iş təklifləri olub. Sadəcə bilmişəm ki işləsəm yazmağıma, oxumağıma və gəzməyimə vaxt olmayacaq.
- Azərbaycana gəlib Bakıda yazıb yaratmağınıza nə mane olur?
- Elə bir ciddi maneyə yoxdu.
Nə vaxtsa yorulacağım, dayanacağım haqqında düşünmürəm. Bunu gələcək göstərəcək.
- Sizlə bərabər AYB sədri Anarı və AYB-ni tənqid edənlərin əksəriyyəti yarı yolda dayandı və susdu. İndi demək olar AYB-nin tək tənqidçisi siz qalmısınız. Bəs siz də nə vaxtsa yorulub dayanacağınızı düşünmüsünüzmü?
- Tək mən qalmamışam, başqa adamlar da var. Sadəcə ola bilsin hər fürsətdə öz mövqeyimi göstərdiyim üçün bu belə görünür. Nə vaxtsa yorulacağım, dayanacağım haqqında düşünmürəm. Bunu gələcək göstərəcək. Heç nəyə zəmanət yoxdu. Həyatdı, hər şey ola bilər.