Kolumbiyada təhlükəsizlik qüvvələri narkotik ticarəti ilə məşğul olanlarla bağlı geniş əməliyyat keçirib. Ölkənin cənub şərqindəki meşəlik ərazidə yerləşən 104 kokain laboratoriyasını məhv edib.
Rəsmilər əməliyyatın koka bitkisi yetişdirən yoxsul kəndliləri deyil, istehsalçıları və qaçaqmalçıları hədəf alan yeni strategiyanın bir hissəsi olduğunu bildirib.
Polis məhv edilən laboratoriyalarda ildə 100 ton kokain istehsal edilə biləcəyini deyib.
«Bu əməliyyat narkotik qaçaqçılarının maliyyə mənbələrinə böyük bir zərbə olub». Bunu «Reuters»ə açıqlamasında Kolumbiya Narkotiklərlə Mübarizə Polisinin direktoru Angel Mendoza deyib.
Kolumbiyada kokain ticarəti ilə məşğul olan qruplar koka yetişdirənlərdən vergi alır, istehsal laboratoriyaları işlədir. Daha sonra meksikalı ortaqları ilə birlikdə narkotik maddəni xaricə çıxardırlar.