«Bu gün respublikada referendumun demokratik, azad, ədalətli, şəffaf və beynəlxalq standartlara uyğun keçirilməsi üçün hər cür şərait var».
Mərkəzi Seçki Komissiyası sədrinin müavini Natiq Məmmədov sentyabrın 26-na təyin olunan referenduma hazırlıqlarla bağlı məqaləsində belə yazır. Məqaləni rəsmi «Azərbaycan» qəzeti yayıb.
N.Məmmədov vurğulayıb ki, ölkədə ictimai-siyasi sabitlik, seçkilər sahəsində fəaliyyət göstərən peşəkar kadr potensialı mövcuddur. Bundan başqa, maddi-texniki təchizat yüksək səviyyədədir, qanunvericilik bazası və icra mexanizmləri yaradılıb.
N.Məmmədov bildirib ki, referendumla bağlı Mərkəzi Seçki Komissiyasının diqqət mərkəzində dayanan əsas məsələlərdən biri seçici siyahılarının dəqiqləşdirilməsidir. Onun yazmasına görə, may ayında təsdiq edilmiş seçici siyahıları ümumxalq səsverməsinin (referendumun) yüksək səviyyədə keçirilməsindən ötrü tam hazır sayıla bilər.
Sentyabrın 26-da Azərbaycanda konstitusiyaya dəyişiklərlə bağlı referendum keçiriləcək.
Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Bütün bunlardan başqa, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir.
Buna da bax - "Osmanlı, Şah İsmayıl... Çaldıran 2. Geri dönüş"
Sizin brauzer HTML5-i dəstəkləmir