Ankaradan Avropa Birliyi və Vaşinqtona növbəti mesaj

Bekir Bozdag

Ankara bəyan edib ki, əgər Avropa Birliyi Türkiyəyə qarşı viza rejiminin ləğvinin dəqiq vaxtını müəyyən eləməsə, onunla miqrant razılaşmasını yerinə yetirməyəcək.

Bunu avqustun 9-da Türkiyənin Avropa məsələləri üzrə naziri Omər Çelik bəyan edib.

Türkiyənin ədliyyə naziri Bekir Bozdag isə elə həmin gün 15 iyul uğursiz qiyam cəhdinə görə 16 min adamın həbs edildiyini bildirib.

Bundan başqa 26 min adamın saxlandığı bildirilir.

O bir daha Vaşinqtonu, ikitərəfli münasibətləri, bu çeviriliş cəhdinin təşkilində ittiham olunan Fətullah Gülənin müdafiəsinə qurban verməməyə çağırıb.

Qeyd edək ki, Türkiyə Gülənin verilməsi ilə bağlı Vaşinqtona sənədlər göndərib, amma onun verilməsi barədə hələ ki, rəsmi müraciət etməyib.

Fətullah Gülən ittihamı rədd edir.