Biz hökumətə güvənmirik, qeyri-müəyyənlik içində yaşayırıq

İspan rejissoru Pedro Almodovar.

-

Böyük ispan rejissoru Pedro Almodovar rus kinoşünası Anton Dolinə verdiyi müsahibədə yeni filmi “Cülyetta”dakı kişilər və qadınlardan, orijinal və sitatlardan danışır. "Cüliyetta" filmi bu günlərdə beynəlxalq prokata buraxılıb.

- Məşhur filmlərinizin əksəriyyəti orijinal ssenarilər əsasında çəkilib. Bəs başqasının yazdıqlarını ekranlaşdırmaq istəyəndə nələrə diqqət yetirirsiniz? “Cülyetta” filminin əsasında dayanan Alice Munronun nəsrində sizi nə cəlb elədi?

- Mənim Alice Munrodan lap əvvəldən xoşum gəlib və indi də gəlir. O, mənə həm yazıçı kimi, həm də şəxsiyyət kimi maraqlıdı. Mənim üçün o, hekayələr yazan evdar qadındı. Ancaq o, həmişə evdar qadın olub! Evdar yazıçı mənə bir personaj olaraq çox yaxındı. Munronun toxunduğu mövzular, əsasən,

P. Almodovarın yeni filmi "Julietta"nın posteri.

ailəyə aiddi. Onun hekayələrində hadisələr mətbəxlərdə, evlərdə, valideynlərlə, rəfiqələrlə, uşaqlarla baş verir. Və adətən, onun hekayələrinin qəhrəmanları qadınlardı. Bir müsahibəsində belə deyir: “Qadın elə bilir ki, əzab çəkmək – hər şeyi izah eləmək və hər şey haqqında soruşmaqdı. Kişi isə özünə qapanır və problemlərindən danışmır. Kişi öz problemləri ilə yaşayır”. Bu fikirlər mənə yaxındı. Ancaq Alice Munroda məni cəlb eləyən bir şey də var – hekayələrinin orijinallığı, onların yaratdığı qəribəlik duyğusu. Sonda danışılan əhvalata daha çox maraq hiss eləyirsən, nəinki əvvəldə. İntriqaya maraq əhvalata qarşı ikinci dərəcəli şərhlərə yol açır.

- Manronun süjetlərinin Kanadadan İspaniyaya köçürülməsi necə baş verdi?

- Novellanı uyğunlaşdıra bilmək üçün bir məqamda orijinal əhvalatı unutmalı oldum. Biz ispanlar bəzi məsələlərdə kanadalılardan tamamilə fərqlənirik. İspaniya miqyasca balacadı, hekayədə isə personajların qət etməli olduqları uzun məsafələrin böyük əhəmiyyəti var. Bizim ailə mədəniyyətimiz də xeyli fərqlənir. Anqlosakson ailələrdə övladlar oxumağa gedəndə ata evini tərk

Kanada yazıçısı Alice Munro, 2009-cu ildə İrlandiyada kütlə qarşısında öz hekayələrini oxuyur.

eləyirlər. İspaniyada isə uşaqlar göbək bağını heç vaxt kəsmirlər. Amma bir yerdən sonra Munronun hekayələrini unutsam da, onun filmə təsiri çox böyükdü. Mən özbaşıma bu filmə gəlib çıxa bilməzdim.

Buna da bax: "“Nobel”ə görə kitablarının satışı 4 min faiz artıb"

- Bəs eyni filmi Kanadada, ya da İspanıyadan kənarda olan başqa bir yerdə çəkə bilərdiniz?

- Munronun hekayələrini adaptə eləməyə başlayanda Vankuveri Nyu-Yorka dəyişmişdim, çünki özümü ABŞ-a daha yaxın hiss eləyirəm, nəinki Kanadaya. Bu ölkələrdə ailə strukturu eynidi: uşaqlar ata evindən çox tez gedirlər və əksəriyyəti ailəsindən uzaqlaşmağa başlayır. Mən ssenarini ingilis dilində yazmışdım və baş rola Meryl Streepi dəvət eləmək istəyirdim. O da razı idi,

Pedro Almodovar ispan aktrisa dostu Penolope Cruzla birlikdə.

hətta çox maraqlanmışdı, amma axırda buna cəsarət eləmədim. İstənilən halda tamamilə başqa film alınardı. Aktyorlarla problemim olacağını düşünmürəm. Problem daha çox adətlərdə və məişət məsələlərindədi. Mən ABŞ-a gedirəm və orda əcnəbi rejissoram. Aptekə necə gedildiyini, necə alış-veriş edildiyini, barda özümü necə aparmalı, kimlə danışmalı olduğumu, qəzet oxuyub-oxumamağı bilməliyəm. Mən öz personajlarımı tanıdığıma əmin olmalıyam. Düşünürəm ki, gərək gedib hardasa yarım il

Mən daima filmə çevrilə biləcək hekayələri araşdırıram, onları kompyuterimdə, masamın gözlərində saxlayıram.

yaşayaydım ki, onları ingilis dilində yaza biləydim. Mən daima filmə çevrilə biləcək hekayələri araşdırıram, onları kompyuterimdə, masamın gözlərində saxlayıram. Bir dəfə belə əhvalatlardan birinə qayıtdım və fikirləşdim ki, onu İspaniyaya uyğunlaşdıra bilərəm. Əvvəlcə bu, imkansız görünürdü, sonra hadisənin baş verə biləcəyi, reallıq hissi yaradan coğrafi nöqtələri müəyyənləşdirdim. Qalliyada balaca bir kənd, Pireneydə bir yer, Madrid...

- Çox şey dəyişdiniz?

- Lap çox. Atmosferi, personajın anası ilə münasibətini, elə qəhrəmanın özünü də dəyişdim. Munroda o tənhadı, amma qızının yoxluğu onda ciddi travma

Pedro Almodovarın "Julietta" filmindən bir kadr.

yaratmayıb. Həyatına davam eləyir, sevgililərini dəyişir. Munronun personajı mənim filmimdəki sınmış, kövrək qadın deyil. O, ispan mədəniyyəti üçün xarakterik olan günah hissi ilə yüklənməyib.

Buna da bax: "Düzəltdiyimiz qondarma bütlərin tənqid olunmasına dözmürük"

- Kişilər haqqında iki filmdən sonra yenidən bütün əsas rolları qadınların oynadığı film çəkdiniz. Sizin üçün əsas qəhrəmanın cinsi nə dərəcədə əhəmiyyətlidi? Filmləri buna görə fərqləndirirsinizmi?

- Əslində mən yazmağa başlayanda filmin “kişi”, ya da “qadın” filmi olacağı

Filmoqrafiyama baxanda dəqiq deyə bilərəm ki, kişilər haqda filmlər daha qaramat alınıb.

haqqında düşünmürəm. Bu - əhvalat, ideyadı və heç vaxt baş qəhrəmanın cinsini nəzərə alaraq nəyisə qəsdən dəyişmirəm. Mənim filmoqrafiyamda mərkəzdə qadınların dayandığı filmlər daha çoxdu. Kişilər də daha çox istisnadılar. Filmoqrafiyama baxanda dəqiq deyə bilərəm ki, kişilər haqda filmlər daha qaramat alınıb. Mən qadın tərəfindən atılmış kişi haqqında komediya çəkməmişəm. Ümumiyyətlə, hesab eləyirəm ki, qadınlar daha açıqürəklidilər, gülməli görünməkdən daha az qorxurlar, onların stereotipləri daha azdı. Odur ki, film personaji qismində qadınlar daha rəngarəng imkanlar diapazonuna sahibdilər.

- Ailə məsələlərinə qayıdaq. Siz bir neçə filmdə onlardan uzaqlaşmısız, ancaq sonra təkrar-təkrar qayıtmısız. “Cülyetta”da yenə bu məsələlərə qayıdırsız.

- Mən iyirmi film çəkmişəm. Bu, həddindən çoxdu. Zamanla müəyyən stereotiplər yaranıb, tamaşaçılar mənim işlərimə həmin stereotiplərin

"Julietta" filimdən bir kadr.

rakursundan baxıblar, xüsusilə də İspaniyadan kənarda. Düzdü, ailə münasibətləri – atalar və uşaqlar, analar və qızlar, bacılar və qardaşlar – mənim üçün həqiqətən çox vacibdi. Bu mövzular bütün dövrlərdə məhsuldar və provokativdi. Bu mövzuda daha iyirmi film çəkə bilərdim, tamamilə fərqli iyirmi film...

- Siz öz metodunuzu realistik hesab eləyirsiz, yoxsa süni? O, əsl hisslər üzərindən qurulub, yoxsa şişirdilmiş?

- Mənim filmlərim naturalist deyil. Onlar gerçəkliyin ani portreti yox, onun haqqında uydurma təsəvvürlərdi. Ancaq hətta gerçəkliklə ən az bağlılığı olan

Biz hökumətə güvənmirik, qeyri-stabillik, qeyri-müəyyənlik duyğuları içində yaşayırıq.

“Mən çox ehtiraslanmışam” tipli maskarad filmlərində də süjet real vəziyyətə yerləşdirilib. Mən ispan cəmiyyətinə birmənalı diaqnoz qoymaq istəmirəm. Bir ssenarist və rejissor kimi ətraf aləmlə, demək olar ki, heç bir əlaqəsi olmayan qəhrəmanımın tənhalığına fokuslanmışam. Mənə onun özü, evi, xatirələri maraqlıdı. Və bunun, sosiumun metaforasına çevrilməyini istəmirəm. Buna baxmayaraq, çox güman ki, Cülyettanın tənhalığı, dezoriyentasiyası, iztirabları bizim ətrafımızda baş verən nələrinsə təcəssümüdü. Biz hökumətə güvənmirik, qeyri-stabillik, qeyri-müəyyənlik duyğuları içində yaşayırıq. Yalnız indi, ya da son beş ildə yox, elə bu il də. Və bu il heç vaxt olmadığından daha çox.

Buna da bax: "Ərəb filmində qadın rejissorlar kimlərdir..."

- Filmərinizdə irreallıq hissini təkcə personajlar, ya da dialoqlar yox, həm də rəng palitrası verir. “Cülyetta”da ona diqqət yetirməmək çox çətindi.

- Rəng- emosiyaları və fikirləri hərəkətə gətirmək üçün istifadə olunan ən birbaşa vasitələrdən biridi. Məndə həmişə parlaq rənglər palitrası var. Onların arasında isə bəziləri mənim üçün xüsusilə vacibdi. Məsələn, qırmızı. Rənglər – qəhrəmanların duyğularını şəffaf şəkildə göstərməyin ən yaxşı üsuludu. Məsələn, Cülyetta hər şeyin ağ rəngdə olduğu evə girəndə - bir dənə də xatirə yoxdu – onun həyatındakı ən mühüm hiss – yoxluqdu. Ya da başqa bir səhnədə o, evə iki qızla gəlir və divarların rəngini bəyənmir. Amma bu qadın qərar vermək qabiliyyətini və gücünü itirib: divarlar olduğu kimi qalır. Sonra isə divarların çirkli olduğu mənzilə gəlir.

- Filmi əvvəlcə “Susqunluq” adlandırmaq istəmisiz. Niyə?

- Çünki danışmaq lazımdı! Cülyettanın başına gələn ən pis şey - əri, qızı ilə arasında ola susqunluğun nəticəsidi. Susqunluq, sükut hərdən ziddiyyətli, təhlükəli hisslərin yaranmasına, böyüməsinə səbəb olur. İnsanlar danışmalıdılar, bu – mütləqdi.