AmCham prezidentin vergi sərəncamını alqışlayır

-

“Amerika Ticarət Palatasının hökumətə vergi inzibatçılığının təkmilləşdirilməsi və ölkədə biznes mühitinin yaxşılaşdırılmasına dair bu ilin əvvəlində verdiyi təkliflərin əksəriyyəti prezidentin sərəncamında öz əksini tapıb”

Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham”) yaydığı bəyanatda belə deyilir.

Söhbət prezident İlham Əliyevin ““2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri ”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” avqustun 4-də verdiyi sərəncamdan gedir.

Palata ölkə başçısının sərəncamını alqışlayır.

AmCham hesab edir ki, sərəncamda vergi inzibatçılığı qaydaların yüngülləşdirilməsi, yükün azaldılması və digər sahələrlə bağlı müddəalar olduqca vacibdir.

Palatanın icraçı direktoru Natəvan Məmmədova qanunvericilikdə ediləcək dəyişikliklərlə bağlı bunu deyib. “Bu sərəncam ölkədə biznes mühitinin daha da yaxşılaşmasına xidmət edəcək”

AmCham və Palataya üzv şirkətlər hökumətlə əməkdaşlığa bundan sonra da hazır olduqlarını bildirirlər.

“Sözügedən sərəncamda nəzərdə tutulan tapşırıqların icrası üçün malik olduğumuz bütün bilik və təcrübələri təmin edərək əməkdaşlığa hazır olduğumuzu bildiririk”, deyə bəyanatda bildirilir.

“AmCham” Azərbaycanın biznes maraqlarını dəstəkləyən və təşviq edən aparıcı biznes assosiasiyası hesab olunur. 1996-cı ildə yaradılmış “AmCham” 280-dən çox üzvdən və Azərbaycan iqtisadiyyatının hər bir sektorunda fəal olan tərəfdaşlardan ibarətdir.

“AmCham” Azərbaycanda xarici investisiyaların 80 faizini, eləcə də yerli investisiyalarının əhəmiyyətli hissəsini təmsil edir.