►«Yeni Naftalan Hotel Company» və «Yeni Şamaxı Hotel Company» şirkətlərinin rəhbəri dəyişib
«Yeni Naftalan Hotel Company» və «Yeni Şamaxı Hotel Company» şirkətlərinin rəhbəri dəyişib. Vüqar Rəhmətovu Hacı Qurbanov əvəzləyib.
Dəyişiklik kommersiya qurumlarının dövlət reyestrinə daxil edilib.
Əvvəllər başqa adı vardı
«Yeni Naftalan Hotel Company» MMC-nin mükiyyətində «Naftalan Hotel Qashaltı» beşulduzlu mehmanxanası var. Biri «prezident nömrəsi» olmaqla, 125 otaqdan və 3 villadan ibarət oteli «Absheron Hotel Group» idarə edir.
Qurularkən - 2007-ci ildə bu şirkət «Şirvan-N» MMC adını daşıyırdı. O zaman 24 milyon 376 min 24 manat nizamnamə kapitalı vardı, ancaq 2012-ci ilin dekabrında şirkətin təsisçisi bu kapitaldan 16 milyon 262 min 297 manatı geri çəkdi. Şamaxıdakı beşulduzlu «Şamaxı Palace Hotel» ötən ilin yayından «Absheron Hotel Group»a keçib. Bu oteldə 3-ü prezident nömrəsi olmaqla, 102 otaq var. «Şamaxı Palace Hotel»in sərmayəsində mülkiyyətçinin 45,5 milyon manatı var.
«Paşa Holding»in otelləri «Absheron Hotel Group» MMC-nin paylarının 100 faizi «Paşa Holding» şirkətlər qrupuna məxsusdur. Otellər qrupuna Vüqar Rəhmətov başçılıq edir.
«Absheron Hotel Group»un tərkibinə Bakıdakı «Four Seasons», «JW Marriott Absheron», «Boulevard Hotel Bakı» və «Intourist Hotel Bakı» daxildir. Bu il qrup «Yeni Dinamo Oteli»ni istifadəyə verməyi nəzərdə tutur.
Şahdağ Yay-Qış Turizmi Mərkəzində tikilmiş «Pik Palace Shahdag» və «Park Chalet Shahdag» otelləri də qrupun mülkiyyətindədir.
«Pirqulu Park Hotel»-in də tikintisi başa çatıb
Yeddimərtəbəli mehmanxana Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası ilə üzbəüz tikilib. Vergilər Nazirliyinin məlumatına görə, şirkətin
kapitalına 27 milyon manat sərmayə yatırılıb. «Absheron Hotel Group» MMC-dən AzadlıqRadiosuna bildiriblər ki, bu otel onlara məxsus deyil.